Avtomobil bir qrup insana ÇIRPILDI - BU ÖLKƏDƏ
Yaponiyanın Naqoya şəhərində (ölkənin qərbində) avtomobil səkiyə çıxıb və bir qrup insanı vurub.
Ajans.az xəbər verir ki, bu barədə JNN TV məlumat yayıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, azı 7 nəfər xəsarət alıb. Hadisə yerindən çəkilən televiziya görüntülərinə əsaslanaraq sərnişin maşınının yoldan kənar zolağı ayıran beton maneəyə çırpıldığını güman etmək olar.
Hazırda hadisənin başvermə şəraitini müəyyən etmək üçün polis hadisə yerində işləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.