Londonda güclü partlayış - Hava limanı bağlandı
Londonun cənub-şərqində yerləşən elektrik yarımstansiyasında güclü partlayış olub, nəticədə Hitrou hava limanı elektriksiz qalıb.
Ajans.az bildirir ki, "Daily Mail"in məlumatına görə, partlayış Heys rayonunda baş verib və hadisə yerində güclü yanğın başlayıb.
Yerli hakimiyyət orqanları alovun sürətlə yayılması səbəbindən yaxınlıqdakı müəssisələrdən sakinlərin və işçilərin təxliyəsinə qərar verib.
Yanğın səbəbilə Londonun Hitrou hava limanı müvəqqəti bağlanıb.