"Aİ ölkələri münaqişənin davam etdirilməsini istəyirlər"
"Aİ ölkələrinin əksəriyyəti Ukraynada münaqişəni davam etdirmək öhdəliyi götürüblər".
Ajans.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
"Aİ-yə üzv ölkələrin əksəriyyəti və Avropa qurumları, Brüssel, müharibəni davam etdirmək üçün açıq öhdəlik götürüblər", - o, ifadə edib.
Siyarto qeyd edib ki, Avropada sülh və vətənpərvər siyasi qüvvələrin mövqeyi gücləndiyi üçün belə qərarın səbəblərini bilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.