Reklam resmi
Reklam resmi

Azərbaycan tezliklə Pakistandan "JF-17 Thunder" qırıcıları alacaq

Azərbaycan tezliklə Pakistandan \"JF-17 Thunder\" qırıcıları alacaq
Siyasət

"Azərbaycan tezliklə Pakistandan "JF-17 Thunder" qırıcılarının ilk partiyasını alacaq".

Ajans.az Pakistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Atta Tarar məlumat verib.

"Azərbaycan tezliklə Pakistandan "JF-17 Thunder" qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür", - A.Tarar qeyd edib.

Məlumat üçün əlavə edək ki, "JF-17 Thunder" qırıcıları Çin və Pakistan tərəfindən birgə işlənərək hazırlanıb. Qırıcı sürətini saatda 2 205 kilometrədək artırmaq qabiliyyətinə malikdir. O, "hava-hava" və "hava-yer" təyinatlı raketləri və digər silahları daşıya bilir.

Mövzular:
"JF-17 Thunder" qırıcıları

Digər Xəbərlər