Reklam resmi
Reklam resmi

Tayvanda güclü partlayış - Ölənlər var /VİDEO

Tayvanda güclü partlayış - Ölənlər var /VİDEO
Dünya

Tayvanın qərbindəki Tayçunq şəhərində restoranların birində güclü partlayış baş verib. 

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 10-a yaxın insan yaralanıb. 

İlkin məlumatlara görə, partlayış Şin Konq Mitsukoşi kompleksinin 12-ci mərtəbəsində restoranda qaz balonunun dəyişdirilməsi zamanı baş verib. Lakin polis qeyd edir ki, partlayışın səbəbi hələ də araşdırılır. Hadisə yerində xilasetmə işləri davam edir.

Mövzular:
Tayvan

Digər Xəbərlər