Reklam resmi
Reklam resmi

Ukrayna artıq Dağıstana da HÜCUM EDİR

Ukrayna artıq Dağıstana da HÜCUM EDİR
Dünya

Bazar ertəsi, fevralın 3-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri (AFU) Dağıstana hücuma cəhd edib.

Ajans.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov Telegram kanalında məlumat verib.

“Bu səhər Kaspiyskdəki obyektlərin üzərində pilotsuz uçuş aparatları göründü.  Onları zərərsizləşdirmək üçün bütün lazımi tədbirlər görülür", - Melikov yazıb.

Onun sözlərinə görə, hücum cəhdi nəticəsində hələlik dağıntı və tələfat yoxdur. Respublika başçısı xatırladıb ki, rəsmi məlumat mənbələrinə etibar etmək və hadisələrin baş verdiyi yerdən kadrları onlayn yaymamaq vacibdir.

Bazar ertəsi, fevralın 3-də Şimali Osetiyada pilotsuz təyyarələrin hücumu xəbərdarlığı tətbiq olunub.

 

author picture
Ajans_az Muxbir
Mövzular:
Ukrayna Dağıstan Hücum

Digər Xəbərlər