Reklam resmi
Reklam resmi

Mərkəzi Bank iki sığorta agentliyinin fəaliyyəti üçün lisenziya verdi

Mərkəzi Bank iki sığorta agentliyinin fəaliyyəti üçün lisenziya verdi
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Avrasiya” və "Bank BTB” ASC-lərə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

Ajans.az bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda 60 hüquqi şəxs, həmçinin 21 bank sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

“Bank BTB” isə 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Digər Xəbərlər