Reklam resmi
Reklam resmi

Salyanda yük maşınının çəni partladı, ata və oğul xəsarət aldı - YENİLƏNDİ

Salyanda yük maşınının çəni partladı, ata və oğul xəsarət aldı - YENİLƏNDİ
Hadisə
2810

Salyan rayonunda yük avtomobilinin çəni partlayıb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə,“TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Unikal.az

Mövzular:
yük maşını partlayış

Digər Xəbərlər