Reklam resmi
Reklam resmi

Telefon qutusunu bəyənməyən şəxs mağazaya atəş AÇDI: 2 yaralı var - VİDEO

Telefon qutusunu bəyənməyən şəxs mağazaya atəş AÇDI: 2 yaralı var - VİDEO
Kriminal

Kahramanmaraşda bir telefon mağazasında xoşuna gəlmədiyi hallara görə əsəbiləşən şəxs iş yerinə ov tüfəngi ilə atəş açıb.

Ajans.az xəbər verir ki, hadisə zamanı 2 nəfər yüngül xəsarət alıb, şübhəli şəxs isə polis tərəfindən yaxalanıb.

Kahramanmaraşda baş verən hadisədə adı açıqlanmayan şəxs telefon mağazasına gələrək telefon qutusu almaq istəyib. Ona göstərilən telefon qutularını bəyənməyən şəxs qışqıraraq iş yerini tərk edib.

Bir müddət sonra mağazaya gələn şübhəli şəxs əlindəki ov tüfəngi ilə telefon mağazasına atəş açıb. Ətrafdakı polisin müdaxiləsi ilə şübhəli yaxalanıb. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.

author picture
Ajans_az Muxbir
Mövzular:
Kahramanmaraş Telefon mağazası Ov tüfəngi Atəş

Digər Xəbərlər