Reklam resmi
Reklam resmi

DƏHŞƏT: Uşaq qarın altında qalaraq ÖLDÜ

DƏHŞƏT: Uşaq qarın altında qalaraq ÖLDÜ
Dünya

Krasnoyarsk diyarında uşaq dərəyə yıxılaraq qar altında qalıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin prokurorluğu Telegram kanalında məlumat yayıb.

Nəzarət orqanının məlumatına görə, uşaq Şaripovski rayonunda yaşıdları ilə gəzirmiş. Onlar Rosinka kəndinin kənarında oynayıblar, bundan sonra oğlan yoxa çıxıb. Daha sonra uşaq qarın altında həyat əlaməti olmayan vəziyyətdə tapılıb.

“Uşağın dostları dedilər ki, üçü dərənin kənarında oynayırdılar, qar qabığı çökdü, dostu dərəyə düşdü, qarla örtüldü. Uşaqlar onu axtarsalar da, tapa bilməyiblər və evə qayıtdıqdan sonra bu barədə böyüklərə danışmaqdan çəkiniblər”, - idarədən bildirilib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Qar Uşaq Qarın altında Qaldı Öldü

Digər Xəbərlər