"Neftçi" son dəqiqələrdə qalib gəldi

Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.
Ajans.az xəbər verir ki, qarşılaşmada "Neftçi" 1:0 ilə qalib gəlib.
Yeganə qolu 90+3-cü dəqiqədə penalti zərbəsindən Filip Ozobiç vurub.
Paytaxt təmsilçisi hazırda 27 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq.