Nazir müavini Bozumbayev AZAL təyyarəsinin qara qutuları ilə bağlı AÇIQLAMA YAYDI

Nazir müavini Bozumbayev AZAL təyyarəsinin qara qutuları ilə bağlı
Azal
Gündəm 24-01-2025 - 12:39

Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutularının materiallarının surətləri Rusiya və Azərbaycanda var.

Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Bozumbayev məlumat verib.

“Həm Azərbaycan tərəfində, həm də Rusiya tərəfində bu materialların surətləri var. Gizlədəcək heç nəyimiz yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL aviaşirkətinin Bakı - Qroznı reysini həyata keçirən Embraer 190 təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i sağ qalmayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: