NASA Marsın ŞOK görüntülərini YAYDI - VİDEO
NASA Marsın bu günə qədər olan ən aydın görüntüsünü yayımlayıb.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, "Perseverance" ekspedisiyası tərəfindən çəkilmiş bu təsirli fotoda Marsın səthini bəzəyən mavi qayalar diqqəti cəlb edib.
Şəkildə tünd mavi vulkanik bazalt qayaları ilə əhatə olunmuş xallı ağ qaya formasiyası göstərilir. NASA bu qayalıq əraziyə "Vaşbern dağı" adını verib. Ağ qayanın mineral tərkibi NASA-nın Marsda daha əvvəl gördüklərindən fərqlənir .
Perseverance 2021-ci ilin fevral ayından Jezero krateri kimi tanınan ərazini araşdırıb. Təxminən 3,7 milyard il əvvəl su ilə dolu olan bu 28 mil diametrli kraterdə "paleolake" və itirilmiş çay deltasının izləri var.
NASA Reaktiv Sürüş LaboratoriyasındanKatie Stack Morgan, "Vaşbern dağındakı mavi-qara qayaların əksəriyyəti Marsın səthində yayılmış vulkanik bazaltdır", - deyib.