Narkoloji dispanserdə ÖLDÜ

Narkoloji dispanserdə
Narkoloji dispanser
Gündəm 12-02-2025 - 16:24

Bakıda narkoloji dispanserdə müalicə alan xəstə ölüb.

Ajans.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə baş verib.

Dispanserdə müalicə alan Bakı şəhər sakini 52 yaşlı Səxavət Hüseyn oğlu Həsənov yıxılıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.

Faktla bağlı araşdırma aparılır. 

PAYLAŞ: