Müxalifətin yeni hədəfi bəlli oldu: Rejim komandirindən SƏRT CAVAB
Cümə günü, noyabrın 27-də Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyatlar başlayıb.
Ajans.az xəbər verir ki, müxalifətin yeni hədəfinin ölkənin 4-cü böyük şəhəri olan Həmanı tamamilə ələ keçirmək olduğu öyrənilib. Rejimin bölgəni təslim etməmək üçün hərəkətə keçdiyi bildirilib.
Rejim ordusunun hərbi komandiri general Əbdülkərim Mahmud İbrahim “Bu, bizim torpağımız, şərəf və ləyaqətimizdir” sözlərini dilə gətirib.
Suriyada Bəşər Əsəd rejiminə qarşı silahlı qruplaşmalar Hələb və İdlib vilayətlərinin ardınca irəliləyərək Həma vilayətində rejim güclərindən daha 16 yaşayış məntəqəsini geri alıb. 6 gündür Əsəd rejimi qüvvələri ilə vuruşan Heyət Təhrir Şamın rəhbərlik etdiyi rejim əleyhdarı qruplar Həma əyaləti istiqamətində bəzi kiçik yaşayış məntəqələrini ələ keçirib.
Hələbin şəhər mərkəzinin böyük hissəsini və bütün İdlib vilayətini rejim güclərindən geri alan silahlı qruplar, İdlibin cənubundakı rejimin nəzarətindəki Həmanı, Celime, Elzeka, Beridec, Cübbeyin, Tel Meleh qəsəbələrini də işğal edib.
Həmada müxalifəti dayandırmağa çalışan Əsəd rejiminə havadan dəstək davam edir.