Müdafiə Nazirliyi məlumat yaydı - TƏŞVİŞƏ DÜŞMƏYİN

Müdafiə Nazirliyi məlumat yaydı -
Müdafiə Nazirliyi
Gündəm 15-01-2025 - 11:02
 130

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

PAYLAŞ: