Moldova sülhməramlılardan KÖMƏK İSTƏDİ
Moldova hakimiyyəti sülhməramlıların köməyi ilə ölkədə keçirilən prezident seçkilərində asayişi təmin etmək istəyib.
Ajans.az xəbər verir ki, müvafiq sənədi nümayəndə heyətindən Moldova Birgə Nəzarət Komissiyasının (MMK) həmsədri Sergey Qolovaç göndərib. Belə ki, Kişinyov Ukraynanın və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) KİK-dəki missiyasının nümayəndələrindən, eləcə də Birləşmiş Hərbi Komandanlıqdakı nümayəndələrdən prezidentliyə səsvermə günü asayişin qorunmasına köməklik göstərməyi xahiş edib. Vadul-lui-Voda, Varnita, Kopanka, Hadjimus, Xirbovets və digər yaşayış məntəqələrində sülhməramlıların köməyinə ehtiyac var.
Moldovada seçkilər oktyabrın 20-də ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendumla paralel keçiriləcək.