Miri Yusif onu şantaj edən şəxsi bağışladı

Miri Yusif onu şantaj edən şəxsi
Miri Yusif
Gündəm 30-01-2025 - 16:07

Xalq artisti Miri Yusifi videolarını yayacağı ilə təhdid edərək, qarşılığında pul tələb edən şəxsin məhkəməsi olub.

Ajans.az xəbər verir ki, bununla bağlı Oxu.az-a Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi məlumat verib.

“Bir neçə gün əvvəl saxlanılan şəxslə bağlı məhkəmənin ilkin iclası olub. Məhkəmədə həmin şəxsi bağışlamışıq”, – deyə E.Əfəndi bildirib.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Vatsap sosial şəbəkəsi vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə təhdid edərək pul tələb etmişdi.

PAYLAŞ: