Minlərlə insan "TikTok"a YOX DEDİ! - FOTO
"Instagram" sosial şəbəkə platformasında yeni aksiya başlayıb.
Ajans.az xəbər verir ki, sözügedən aksiya "TikTok"un tamamilə bağlanması ilə əlaqəlidir. "Daha əxlaqlı bir nəsil üçün "TikTok" bağlansın" sloqanı ilə hekayələr paylaşılıb. Artıq 184 mindən çox insan kampaniyaya qoşulub. Azərbaycan və Türkiyədən minlərlə izləyici ideyanı dəstəkləyir.
Qeyd edək ki, bundan öncə də "TikTok"un azyaşlılarda asılılıq yaratması ilə bağlı iddialar əks-səda doğurmuşdu. Artıq neçənci dəfədir ki, "TikTok"la bağlı yeni şikayətlər və iddialar üzə çıxır.