MHP sədri Dövlət Baxçalının görüntüləri sosial mediada gündəm oldu

MHP sədri Dövlət Baxçalının görüntüləri
Gündəm 10-11-2024 - 15:06

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının sosial şəbəkələrdə yayılan görüntüləri gündəm olub.

Ajans.az xəbər verir ki, o, Atatürkün ən sevdiyi mahnı olan “Fikrimin incə gülü” mahnısını yüksək səslə dinləyərək avtomobili ilə Ankara küçələrini dolaşıb.

Sədrin görüntüləri partiyanın rəsmi səhifəsində “Sədrimiz Atatürkün ən sevdiyi mahnılar arasında yer alan “Fikrimin incə gülü” ilə Ankara yollarında” notuyla paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: