Meymunçiçəyinə yoluxmuş şəxsin son durumu AÇIQLANDI

Meymunçiçəyinə yoluxmuş şəxsin son durumu
Meymunçiçəyi
Gündəm 27-01-2025 - 10:52

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb.

Ajans.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-ya bildirilib.

"Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumaqtda deyilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.

PAYLAŞ: