“Meta”dan YENİLİK - süni intellektin yeni versiyasını TƏQDİM ETDİ

“Meta”dan YENİLİK - süni intellektin yeni versiyasını
Maraqlı 05-10-2024 - 10:40

Dünən “Facebook”un sahibi Meta yalnız mətn göstərişlərindən istifadə edərək real videolar hazırlaya bilən “Movie Gen” adlı yeni süni intellekt modelini təqdim edib.

Ajans.az xəbər verir ki, sözügedən model video məzmunu ilə sinxronlaşdırılan fon musiqisi və səs effektləri yaradıla bilər. Alət müxtəlif aspekt nisbətlərində 16 saniyəyə qədər video (saniyədə 16 kadr) və 45 saniyəyə qədər audio yarada bilər. Şirkət həmçinin “Movie Gen”in “Runaway Gen 3”, “OpenAI”nın “Sora” və “Kling 1.5” kimi seqmentdəki digər rəqiblərinik üstələdiyi müxtəlif testlərdən əldə edilən məlumatları paylaşıb.

“Movie Gen” insanın kimliyini və hərəkətlərini qoruyaraq həmin şəxsi zəngin vizual detallarla əks etdirən fərdi videolar da yarada bilər. Həmçinin alətdən redaktə etmək üçün də istifadə edilə bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: