Məşhur ulduza xərçəng diaqnozu QOYULDU

Şou Biznes
18-02-2025 - 10:55
Məşhur "The Bachelor" teleşousunun Amerika versiyasının ulduzu Keti Turston xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
Ajans.az xəbər verir ki, o, diaqnozunu “Instagram” sosial şəbəkəsində elan edib.
Turston bildirib ki, ona bu yaxınlarda döş xərçəngi diaqnozu qoyulub.
"Son iki həftə ərzində bir sıra duyğular yaşadım: ümidsizlik, qəzəb, kədər, inkar və sonra güc artımı" deyə, aktrisa bildirib.
Onun sözlərinə görə, o, tezliklə həkimlə görüşəcək və kimyaterapiyanın da daxil olduğu müalicə planını müzakirə edəcək. Turston əlavə edib ki, o, xərçənglə mübarizəsi ilə bağlı təfərrüatları sosial mediada paylaşacaq.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
"Yolda saxlayıb deyirlər hara baxırsınız?" - Məşhur bəstəkar TƏNQİD ETDİ
Şou Biznes11:59 / 24-02-25