Bəhram Bağırzadədən rəqsini tənqid edənlərə REAKSİYA

Bəhram Bağırzadədən rəqsini tənqid edənlərə
Şou Biznes 22-04-2025 - 10:46

"Mən uşaq yaşlarından rəqs edirəm, 50 ilə yaxındır. Allah nə vaxta qədər qismət etsə, rəqs edəcəm. Hacıbaba Bağırov demişkən, lazım olsa "Segah"a da oynayacam, halbuki "Segah"a oynamırlar".

Bunu Ajans.az-a açıqlamasında "break-dance" oynadığı görüntülərin tənqid edilməsindən danışan aktyor Bəhram Bağırzadə deyib. O bildirib ki, əgər bir insan 50 yaşından sonra da belə rəqs edə bilirsə, bu özü xoşbəxtlikdir:

"Çünki 5 il bundan qabaq mən koma vəziyyətində olanda əlim-qolum təropənmirdi və hər hərəkətimdə Allaha şükür edirəm ki, məni dünyaya qaytardı və bu hərəkətləri edə bilirəm. 

Mən 1987-ci ildə “break-dance” üzrə Bakı birinciliyində üçüncü yeri tutmuşdum. Kim çəkib paylaşıbsa, özü bilər. Halallığını verirəm. Xoşu gəlməyənlərə demək istəyirəm çalışsınlar özləri olsunlar. Başqasının həyatını yaşamasınlar, öz işləri ilə məşğul olsunlar.

Nə siqaret çəkirəm, nə içki içirəm, nə narkotiklə məşğul deyiləm. Yeganə həzz aldığım şey rəqsdir. Kimsə bəyənmirsə və ya onu narahat edirsə, onun problemidir, mənim deyil. Mən bilirəm mən kiməm, nəyəm, Allah mənə nəyə icazə verib".

Qeyd edək ki, aktyorun "break-dance" oynadığı görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksər istifadəçilər şərhlərdə aktyoru tənqid ediblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Ajans Old user
Vəzifəsi: Müxbir
PAYLAŞ: