Məscid yaxınlığında güclü PARTLAYIŞ: Ölü və yaralılar VAR - BU ÖLKƏDƏ

Əfqanıstanın Məzari-Şərif şəhərində məscidin yaxınlığında partlayış olub.
Ajans.az xəbər verir ki, partlayış aprelin 14-ü bazar ertəsi səhər Əfqanıstanın Məzari-Şərif şəhərində məscidin yaxınlığında baş verib.
Şəhər şimaldakı Bəlx vilayətinin inzibati mərkəzidir. Hadisə şahidlərinin sözlərinə görə, hadisə nəticəsində bir nəfər ölüb. Üç yerli sakin ilkin olaraq yaralanıb. Partlayışın əvvəlcədən quraşdırılmış qurğunun partlaması nəticəsində baş verdiyi güman edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir