Məktəb direktorları 8 MARTDA NƏ EDƏCƏKLƏR?

Məktəb direktorları
Cəmiyyət 02-03-2025 - 15:11
 191

Paytaxtda məktəb direktorları ilə görüş keçirilib

Ajans.az xəbər verir ki, BŞTİ-nin təşkil etdiyi görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması və PISA 2025 tədqiqatı müzakirə olunub.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə nəzarətin və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. MÜTDA-nın nümayəndələri vətəndaş müraciətlərinin həlli, “Rəqəmsal məktəb” platforması və PISA 2025-də uğurlu nəticələrin əldə edilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Xüsusilə, 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi vurğulanıb.

Sonda məktəb direktorları ilə aktual məsələlər müzakirə edilib, suallar cavablandırılıb, tövsiyələr verilib.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: