Məhkəmə paytaxtda avtoxuliqanlıq edən sürücünü həbs etdi

Məhkəmə paytaxtda avtoxuliqanlıq edən sürücünü
Hadisə 08-03-2025 - 13:06

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü C.Adıgözəlov saxlanılıb.

DİN-dən Ajans.az-a bildirilib ki, onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

PAYLAŞ: