"Manatlıq" taksilər on manatlıq oldu - Fürsətdən belə yararlanırlar

"Manatlıq" taksilər on manatlıq oldu -
Gündəm 23-02-2025 - 22:01
 102

Bir neçə gündür davam edən soyuq və qarlı hava şəraiti taksilərin də qiymətinə təsir edib.

Ajans.az-ın məlumatına görə, qiymət dəyişikliyi təkcə taksi şirkətlərində müşahidə edilmir.

Marşrut avtobuslarının olmamasından istifadə edən "manatlıq" taksi sürücüləri adi günlərdə Bakıətrafı qəsəbələrə 1-2 manata sərnişin aparırdılarsa, hazırda fərqli istiqamətlərdə bu qiymət 5-10 manat arasındadır.

Məsələn, Azadlıq metrosundan Mehdiabad, Fatmayı, Novxanı istiqamətində hərəkət edən taksilər "fürsətdən" yararlanaraq qiyməti 10 manata qədər qaldırıblar. 

Sürücülərin bu cür fürsətdən istifadə edərək süni qiymət artımı etmələri sərnişinlərin narazılığı ilə qarşılanıb.

Cavidan Mirzəzadə / Ajans.az

PAYLAŞ: