Makron buna görə sərt TƏNQİD EDİLDİ

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu Ukraynaya qoşun yeritmək təşəbbüsündən əl çəkmək istəmədiyinə görə kəskin tənqid edib.
Ajans.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki bloqunda yazıb.
“Sülh vaxtıdır! Əsgərlərimiz evdə qalmalıdır! - fransız siyasətçi bildirib.
Yada salaq ki, Makron Kiyevə hərbi kontingent göndərməyəcəyini bildirsə də, bu ehtimalı Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün bir vasitə kimi nəzərdən keçirir. AB bu məsələ ilə bağlı fikir ayrılığına düşüb. Bir neçə ölkə Ukraynaya qoşun yeritmək təşəbbüsünü tənqid edib.
Məsələn, Polşa öz əsgərlərini göndərmək istəmədiyini, lakin hansısa başqa ölkənin göndərməsinə etiraz etməyəcəyini söyləyib. Amma Almaniyada sərt tənqidlər səsləndiriblər. Kansler Olaf Şolz hətta avropalı siyasətçilərin gəldiyi nəticə ilə razılaşmadığı üçün Avropa İttifaqının Parisdə keçirilən sammitini erkən tərk edib.