Maduro üçüncü dəfə Venesuelanın Prezidenti oldu

Maduro üçüncü dəfə
Gündəm 10-01-2025 - 22:47

Nikolas Maduro Moros üçüncü dəfə Venesuela Prezidenti vəzifəsinin icrasına başlayıb.

Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki, Maduro Karakasda, ölkə parlamentində and içib.

Onu ölkənin birinci xanımı Silia Flores müşayiət edib. Yeni müddətdə Maduro 2031-ci ilə qədər Prezident vəzifəsini tutacaq.

Xatırladaq ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəlib. Seçicilərin 51,95 %-i ona səs verib. Onun əsas rəqibi Edmundo Qonzales Urrutia seçicilərin 43,18 %-nin dəstəyini qazanıb.

PAYLAŞ: