Livanda atəşkəs olacaqmı? - Netanyahuya təzyiqlər artır

Livanda atəşkəs olacaqmı? -
Livan
Siyasət 31-10-2024 - 13:26

İsrail ordusu Livanda hava hücumları və evakuasiya əmrlərini davam etdirərkən, Tel-Əviv hökumətinin münaqişələrin diplomatik yolla həlli imkanlarını dəyərləndirdiyi bildirilib.

Ajans.az xəbər verir ki, İsrail ordusu baş nazir Netanyahuya Hizbullaha böyük zərbə vurulduğunu və atəşkəs şərtlərinin yerinə yetirildiyini bildirib.

Ötən axşam baş nazir Benyamin Netanyahunun keçirdiyi iclasda müdafiə naziri Yoav Gallant Hizbullahın müharibədən əvvəl raket tutumunun yalnız 80 faizinin olduğunu bildirib. Strateji işlər naziri Ron Dermerin münaqişəyə son qoymaq üçün təklif olunan şərtləri hazırladığı qeyd edilib. İddialara görə, mümkün atəşkəs üçün Təl-Əviv Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin təkmilləşdirilmiş variantını tələb edir.

Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsrailin Mavi xəttin arxasına çəkilməsini və bu xətt ilə Livandakı Litani çayı arasındakı bölgənin tərksilah edilməsini nəzərdə tutur. Bundan əlavə, İsrail zəmanətli əməliyyat azadlığı və Hizbullahın gələcəkdə yenidən silahlanmasının qarşısını almaq istəyir.

Livanın baş naziri Nəcib Mikati də dünən axşam Əl-Cədid telekanalına verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynlə telefon danışığından sonra atəşkəsə ümid etdiyini bildirib. "Telefon danışığından əvvəl atəşkəsin olacağını gözləmirdim" deyən Mikati, Hoçsteinin ona söylədiklərindən sonra yaxın günlərdə və ya saatlarda atəşkəsin ola biləcəyinə ümid etdiyini bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: