Qarlı havada halı pisləşən yeniyetməni xəstəxanaya belə çatdırdılar -VİDEO

Qarlı havada  halı pisləşən yeniyetməni xəstəxanaya belə çatdırdılar
Gündəm 24-02-2025 - 19:36
 89

Ağır texnika və kənd sakinlərinin köməyilə səhhəti pisləşən yeniyetməni xəstəxanaya çatdırmaq mümkün olub

Ajans.az xəbər verir ki, bu barədə TƏBİB məlumat paylaşıb.
Məlumatda deyilir ki, güclü qarın yağması səbəbindən Lerik rayonunun Loda və Vilik kəndlərinə giriş-çıxışın bağlanması çətin anların yaşanmasına səbəb olub.
Halı pisləşən Vilik kənd sakini, 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmaq yalnız ağır texnika, kənd sakinləri və kənd icra nümayəndəliyinin köməyilə yolu açdıqdan sonra mümkün olub.
Ötən gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan yeniyetməyə kəskin appendisit diaqnozu təyin edilib və o, dərhal əməliyyata götürülüb.
Hazırda pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: