Lənkəranda iki nəfər dəm qazından zəhərləndi
Lənkəran rayonunun Boladi kəndində iki nəfər dəm qazından zəhərlənib, onlardan biri yeniyetmədir.
Ajans.az xəbər verir ki, zəhərlənənlər kənd sakinləri 1965-ci il təvəllüdlü Nuriyyə Balağa qızı Əhədova və 2008-ci il təvəllüdlü F.Əhədovadır.
Hər iki şəxs təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.