Lavrov və Bayramov təyyarə qəzasını müzakirə ETDİ

Lavrov və Bayramov təyyarə qəzasını müzakirə
Gündəm 29-12-2024 - 11:10

Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov dekabrın 28-də telefon danışığı zamanı dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisələrin inkişafını müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Söhbətin Rusiya və Azərbaycan prezidentlərinin məsələ ilə bağlı ünsiyyətinin davamında baş tutduğu vurğulanır.

Prezidentlərin bu faciəli hadisənin ən hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi ilə bağlı razılıqlarını təsdiq edən nazirlər həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzulayıblar.

Hadisənin bütün səbəblərinin müəyyən edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi və bütün hallar nəzərə alınmaqla hadisənin tam şəkildə aradan qaldırılmasının zəruriliyi vurğulanıb.

Tərəflər, həmçinin ən yüksək və yüksək səviyyədə qarşıdan gələn Rusiya-Azərbaycan təmaslarına dair fikir mübadiləsi aparıblar”, - deyə Rusiya XİN-dən bildirilib. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: