"Kurtlar Vadisi"nin bu səhnəsi yenidən gündəm OLDU - VİDEO

"Kurtlar Vadisi"nin bu səhnəsi yenidən gündəm OLDU -
Kurtlar Vadisi
Maraqlı 09-12-2024 - 06:49

Suriyada Bəşər Əsədin dövrü başa çatıb.

Ajans.az xəbər verir ki, müxalifət Dəməşqi ələ keçirdikdən sonra Əsəd və ailəsinin Rusiyaya sığındığı məlum olub. Suriyadakı proseslərin kölgəsində Kurtlar Vadisində bir səhnə yenidən gündəmə gəlib. Ömər Baba və Dəli Hikmət obrazları arasındakı dialoq Suriyada baş verən son hadisələrlə bağlı sosial şəbəkələrdə yayılıb.

Səhnədə Ömər Baba ilə üzbəüz oturan Dəli Hikmət Suriya haqqında bunları deyir:

“Sonra Suriyadır, Ömər Baba. Qəzetlərin yazmadıqlarını sizə deyim. Bu müharibə planlarının arxasında İsrailin əli var. Baxın, görəcəksiniz. Suriyaya ya bomba, ya da çubuqla adamlar gətiriləcək. Əsəd hazırdır. Nə etməli? 20 gündən sonra bitəcək, bu işdən İsrailin məsul olduğunu bilmirikmi? Neft boru kəməri ilə İsraildən keçir və İsrail pul qazanır. İraq üçə bölünsə, İran beşə bölünəcək".

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: