"Kapital Bank"dan şikayətlər azdır! - Baş icraçı direktor
“Kapital Bank”dan şikayətlər azdır. “BirBank” mobil tətbiqində aktiv istifadəçilərin sayı 3 milyonu keçib”.
Ajans.az-ın xəbərinə görə, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov “Kapital Bank”ın mətbuat brifinqində jurnalist, Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibovun şikayətlərlə bağlı sualına cavab verərkən deyib.
O, “Biz şikayətlərdən nəticə çıxarırıq. Müştərilərlə görüşlər keçirilir, onların şikayətləri dinlənilir. Bəzi hallarda əsaslı şikayətlər də olur. Bəzi hallarda da anlaşılmazlıqlar olur. Əsaslı narahatlıqlar kibertəhlükəsizliklə bağlı olur. Son zamanlar bütün dünyada bu problemlər yaşanır. Faiz olaraq müqayisə etsək, əvvəlki illərə nisbətən çox artım yoxdur. Lakin kartlar o qədər çoxdur ki, dələduzlar bundan istifadə edir. Müştərilərə zənglər gəlir. Nə qədər də çalışsaq da, müəyyən müştərilərdə problemlər yaranır”, - deyə, fikirlərinə əlavə edib.