Kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb

Hadisə
07-02-2025 - 12:10
Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batan 17 yaşlı oğlanın meyiti tapılıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da sözügedən kanalda batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Sevgilisini öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşdı - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Hadisə15:58 / 07-12-24