Jurnalistə Ədliyyə Nazirliyində vəzifə verildi

Jurnalistə Ədliyyə Nazirliyində vəzifə
təyinat
Gündəm 06-01-2025 - 14:40

Ədliyyə Nazirliyinin Mətbuat xidmətində yeni təyinat olub.

Ajans.az xəbər verir ki, jurnalist Günel Əhmədova nazirliyin Mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Bu barədə onun özü sosial şəbəkə hesabında bildirib.

G.Əhmədova bu təyinatadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Aztelekom MMC-nin kommunikasiya bölməsində işləyib.

Günel Əhmədova 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcəsi üzrə ali təhsil alıb.

PAYLAŞ: