İstanbulda 3 Türkmənistan vətəndaşı saxta spirtli içkidən öldü

Gündəm
14-01-2025 - 15:29
İstanbulda saxta spirtli içkidən daha 3 nəfər həyatını itirib.
Ajans.az xəbər verir ki, ölənlər Türkmənistan vətəndaşıdır.
Məlumata əsasən, məsələ ilə bağlı cinayət işi başladılıb, 2 şübhəli saxlanılıb. Qeyd olunur ki, son günlərdə saxta spirtli içkidən həyatını itirənlərin sayı 7-ə yüksəlib.
İstanbul Valiliyinin məlumatında isə bildirilib ki, 2024-cü ildə 110 nəfər saxta spirtli içkidən zəhərlənib, onlardan 48-i həyatını itirib.
Mövzular:
Oxşar xəbərlər
Azər Aydəmir: “Qanlı qəzalar ya MƏMUR BALALARININ avtomobili ilə olub, ya da ….”
Gündəm22:02 / 29-04-25