İsrail və Livan arasında atəşkəs razılaşmasının təfərrüatları açıqlandı
İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə minən kimi ABŞ prezidenti Co Bayden detalları açıqlayıb.
Ajans.az xəbər verir ki, Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhədinə yerləşdiriləcəyini və bu bölgənin nəzarətini təmin edəcəyini bildirən Bayden, İsrail əsgərlərinin mərhələli şəkildə bölgədən çəkiləcəyini bildirib. Digər tərəfdən, ABŞ-nin Hizbullahın müqaviləni pozduğu aşkar edilərsə, İsrailə yenidən hücum etmək hüququ verərək, müqavilənin mətnində olmayan öhdəlik götürdüyü iddia edilir.
Atəşkəs razılaşması saat 04.00-da imzalanıb. Bu prosesdə heç bir Amerika əsgərinin Livanda xidmət etməyəcəyini də qeyd edən Bayden vurğulayıb ki, bu razılaşma uzunmüddətli diplomatik səylər nəticəsində əldə olunub. Prezident Bayden həmçinin bəyan edib ki, ABŞ və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya atəşkəs razılaşmasının həyata keçirilməsini dəstəkləyəcək. İsrailin hücumları nəticəsində didərgin düşən livanlılar və İsrailin şimalındakı yəhudi köçkünlər öz evlərinə dönə biləcəklər.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq, Livana silah satışı və ya Livan daxilində silah istehsalı bu qrupların Livanda yenidən silahlanmasının qarşısını almaq üçün Livan hökuməti tərəfindən nəzarət ediləcək.