İsrail İrana hücum EDƏCƏK

İsrail İrana
İsrail, İran
Siyasət 13-12-2024 - 12:23

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanı işğal etməyə başlayan İsraillə bağlı irəli sürülən iddia Yaxın Şərqdə gərginliyi daha da artırıb.

Ajans.az xəbər verir ki, İsrail mediası hava qüvvələrinin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını iddia edib.

Rəsmilər İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə silahlarına hücum etməyə hazırlaşdığını iddia ediblər. Rəsmilər bəyan ediblər ki, İsrail ordusu “Hizbullahın zəifləməsi və Suriyanın hava hücumundan müdafiə sistemlərinin əksəriyyətinin zərərsizləşdirilməsi səbəbindən” İranın nüvə obyektlərinə hücum etmək imkanının olduğuna inanır.

Xəbərlərdə İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunun nə vaxt planlaşdırıldığı barədə məlumat verilməyib. İddialarla bağlı İsrail administrasiyasından rəsmi açıqlama verilməyib.

igər tərəfdən, İsrail ordusunun Bəşər Əsəd rejiminin devrilməsindən sonra 48 saat ərzində Suriyadakı “hərbi hədəflərə” 500-dən çox hava zərbəsi endirdiyi bildirilib. İsrail ordusundan verilən açıqlamada, hücumlarda vurulan hədəflər arasında müdafiə sistemləri və təyyarə donanmasının olduğu bildirilib. Əsəd rejiminin devrilməsindən sonra 48 saat ərzində həyata keçirilən 500-dən çox hava hücumunda Suriyadakı təkmil zenit-raket sistemlərinin 90 faizinin, hava hücumundan müdafiə sistemlərinin isə 85 faizinin məhv edildiyi iddia edilib.

Açıqlamada Suriyada Rusiya istehsalı olan SU-22 və SU-24 təyyarə parklarının tamamilə yararsız hala salındığı və hava qüvvələrinin təxminən 40 faizinin məhv edildiyi də iddia edilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: