İsrail Beyrutdakı Fransa səfirliyinin yaxınlığına raket atıb
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənub-şərq hissəsindəki Dəvvər Tayuni meydanına raket zərbəsi endirib.
Ajans.az TASS-a istinadən xəbər verir ki, hava hücumu nəticəsində Fransa səfirinin Beyrutdakı iqamətgahının yerləşdiyi “Snobar” sarayından təxminən 500 metr aralıda yerləşən çoxmərtəbəli bina tamamilə dağılıb.
Digər hücum Şueifat ətrafında yaşayış binasına edilib.