İsmail Kartal İran klubu ilə anlaşdı

Gündəm
24-01-2025 - 19:17
“Fənərbaxça” klubunun sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri müəyyənləşib.
Ajans.az xəbər verir ki, təcrübəli mütəxəssis İranın “Persepolis” klubu ilə anlaşıb.
Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Persepolis” İran çempionatında 30 xalla dördüncü sırada qərarlaşıb.