İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirdi - VİDEO

Hadisə
11-03-2025 - 09:48
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Mövzular:
Oxşar xəbərlər
Oğuzda qız qaçırtmağa çalışdılar: Atəş açıldı - DİN açıqlama yaydı/YENİLƏNİB
Hadisə18:04 / 23-10-24
Azərbaycanda milyonlarla borcu qaytarmalı olan şirkət rəhbərinin meyiti evi... TAPILDI
Hadisə11:00 / 16-12-24