İşçilərinin maaşını kəsib bu azərbaycanlı müğənniyə bahalı hədiyyə alan biznesmen GÖRÜN KİMDİ

İşçilərinin maaşını kəsib bu azərbaycanlı müğənniyə bahalı hədiyyə alan biznesmen
Vəfa Şərifova
Gündəm 05-02-2025 - 12:38
 302

Cavad Zeynalov adlı vətəndaş biznesmen Emin bəyin rəhbərlik etdiyi restoranlar şəbəkəsindən pulunu ala bilmədiyini iddia edib.

Ajans.az APA TV-yə istinadən xəbər verir ki, o, bir ildən çox əməkdaşlıq etdiyi müəssisələrin ona borclu olduğunu, lakin 2 min manat məbləğin hələ də ödənmədiyini bildirib.

Cavad Zeynalov qeyd edib ki, onun müraciətlərinə baxmayaraq, yalnız vədlər alıb. O, hətta iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini iddia edib, lakin öz əlil uşağının haqqını ala bilmədiyini vurğulayıb.

Emin bəyin nümayəndəsi Ramal İsayev isə şikayətçinin müraciəti ilə danışıldığını və ödənişin ediləcəyini bildirib.

Qeyd edək ki, sözügedən biznesmen “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. restoranların sahibidir.

PAYLAŞ: