İranda yol qəzasında 6 nəfər öldü, 3 nəfər yaralandı

Gündəm
02-01-2025 - 16:01
İranın Kerman vilayətində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Kerman Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.