İran NPT-dən ÇIXACAQ - KİV

İran NPT-dən
Siyasət 09-10-2024 - 19:29

İran parlamenti İsrailin potensial raket hücumu səbəbindən respublikanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını ciddi şəkildə nəzərdən keçirir.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti-yə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib. Siyasətçinin sözlərinə görə, NPT-dən çıxmaq ehtimalı İran parlamentində ciddi müzakirə mövzusudur. Borucerdi eyni zamanda qeyd edib ki, müqavilənin ləğvi heç də İranın nüvə silahı yaradacağı anlamına gəlmir.

Bundan əvvəl 39 nəfər iranlı millət vəkili İsrailin hücumu təhlükəsi səbəbindən ölkənin Ali Milli Təhlükəsizlik Şurasından İslam Respublikasının müdafiə doktrinasına yenidən baxmaq və nüvə silahı yaratmaq üçün icazə istəyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: