Kobaxidze Azərbaycana gəldi - Samir Şərifov qarşıladı

Siyasət
17-01-2025 - 06:29
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib.
Ajans.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Mövzular:
Oxşar xəbərlər
"İranda dövlət qərarlarını verən ali dini hakimiyyətdir. Təxribatçı mövqelə... AÇIQLAMA
Siyasət14:02 / 29-04-25