"Instagram" istifadəçilərinin NƏZƏRİNƏ: Artıq bunları edə bilməyəcəksiniz!

"Instagram" istifadəçilərinin NƏZƏRİNƏ:
Maraqlı 18-10-2024 - 10:37

“Meta”nın məşhur sosial media platforması “ Instagram”cinsi şantaj fırıldaqçıları ilə mübarizə aparmaq üçün yeni təhlükəsizlik funksiyalarını təqdim edib.

Ajans.az xüsusilə gənc istifadəçiləri hədəf alan aktorlara qarşı hazırlanmış bu xüsusiyyətlər istifadəçilərin şəxsi şəkillərinin pis niyyətli insanlar tərəfindən istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinsi zorakılıq şantajı müəyyən şəxslərin öz qurbanlarından şəxsi fotoşəkillərini sızdırmaqla hədələyərək pul tələb etdikləri bir fırıldaq növüdür. “Instagram” bu təhlükələri azaltmaq üçün yeni təhlükəsizlik funksiyaları hazırlayıb. Gənc istifadəçilərin qorunması üçün hazırlanmış bu xüsusiyyətlər platformanın məxfiliyini və təhlükəsizlik tədbirlərini artırır.

İlk yenilik odur ki, artıq skrinşot etmək olmayacaq. Bu yeniləmə istifadəçilərin məxfiliyini yaxşılaşdırır, xüsusən də storilərin daimi təhlükəyə məruz qalmasının qarşısını alır. “TechCrunch”a görə, bu xüsusiyyət “Snapchat”da daha təkmil təhlükəsizlik təmin edir, hansı ki, skrinşot çəkilən zaman istifadəçini xəbərdar edir, məzmunun zərərli insanlar tərəfindən istifadəsini çətinləşdirir.

Həmçinin şübhəli hesabların istifadəçilərin izləyici siyahılarına və etiketlənmiş fotolarına daxil olmasını bloklayaraq “Instagram” fırıldaqçıların öz qurbanlarına çatma şansını azaldır. Bu məhdudiyyət istifadəçilərin təhlükəsizliyinin artırılması istiqamətində mühüm addım kimi diqqəti cəlb edir, çünki şantajçılar tez-tez sosial şəbəkələrin təhlili vasitəsilə hədəfləri müəyyənləşdirirlər.

Bundan əlavə, “Instagram” şantaj fırıldaqlarına qarşı başqa bir tədbir olaraq geolokasiya xəbərdarlığı təqdim edəcək. Bu xəbərdarlıqların məqsədi istifadəçilərin söhbət etdiyi insanların başqa ölkədən olub-olmadığını göstərməklə tələyə düşmə riskini azaltmaqdır. FTB bildirir ki, şantaj fırıldaqları əsasən qərbi Afrika və cənub-şərqi Asiyadan gəlir. Bu xəbərdarlıqlar istifadəçilərə potensial təhlükələr barədə əvvəlcədən məlumat verməklə onların təhlükəsizliyini artıracaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: