İkinci Dünya Müharibəsi iştirakçısı 103 yaşında vəfat etdi

İkinci Dünya Müharibəsi iştirakçısı 103 yaşında
vəfat
Hadisə 10-12-2024 - 12:09

Yevlax rayonundan olan İkinci Dünya Müharibəsi iştirakçısı Abdullayev Abdulla Hacı oğlu vəfat edib.

Ajans.az xəbər verir ki, o, 103 yaşında dünyasını dəyişib.

1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdulla Abdullayev 1941-1945-ci illərdə Sovet qoşunlarının tərkibində döyüşüb.

O, müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayırdı.

PAYLAŞ: